İstanbul danışıqları təxirə salındı

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün baş tutmalı olan görüş təxirə salınıb. Danışıqların sabah, mayın 16-da başlayacağı gözlənilir.

May 15, 2025 - 21:33
İstanbul danışıqları təxirə salındı

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda TASS mənbələrə istinadən məlumat yayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün lazımi səlahiyyətlərə malikdir.