Güclü küləklə bağlı narıncı XƏBƏRDARLIQ - Bakıda və bu rayonlarda

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Jun 29, 2025 - 15:45
Güclü küləklə bağlı narıncı XƏBƏRDARLIQ - Bakıda və bu rayonlarda

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən məlumata görə, iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam, Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.