Gülənə rəhmət oxuyan TV aparıcısı işdən çıxarıldı

FETÖ lideri Fətullah Gülənin ölümü ilə bağlı xəbəri təqdim edərkən qalmaqallı ifadələr işlədən türkiyəli xəbər aparıcısı Aysın Komitqan haqqında qərar verilib.  

Oct 23, 2024 - 11:15
Oct 23, 2024 - 11:15
Gülənə rəhmət oxuyan TV aparıcısı işdən çıxarıldı

Gülənin ölüm xəbərini çatdıran aparıcı ona rəhmət diləyib. Buna görə də Komitqan haqqında imza öhdəliyi və xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti qərarı verilib.

Spiker çıxışında "Fətullah Gülənin ölüm xəbəri gəldi. Xəbəri yaxın mənbələr və qardaşı oğlu təsdiqlədi. Nə deyək. Mekanı cənnət olsun" deyib.

Bursa Prokurorluğu tərəfindən Komitqana qarşı "terror təşkilatının təbliğatı" maddəsi ilə istintaq başladılıb.

Daha sonra nəzarətə alınan aparıcı Terrorla Mübarizə İdarəsində dindirildikdən sonra məhkəməyə göndərilib. Daha sonra o, məhkəmə nəzarəti tələbi ilə Sülh Cəza Məhkəməsinə aparılıb.

Həmçinin aparıcının işinə xitam verildiyi də açıqlanıb.

publika