Gürcüstan polisi Tiflisdəki etiraz aksiyasına müdaxilə etdi - FOTO
Tiflisin mərkəzində keçirilən etiraz aksiyasının dağıdılması zamanı parlament seçkilərinin nəticələrinə etiraz edən bir neçə etirazçı saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Polıislərin etirazçıları Çavçavadze prospektindən sıxışdıraraq Melikişvili küçəsinə yönəldib və burada onları saxlamağa başlayıb.
Saxlanılanların dəqiq sayı hələlik məlum deyil. İlkin məlumata görə, onlardan ən azı on nəfər var. Onların arasında müxalif “Mtavari” telekanalının operatoru Serqi Baramidze də var. Həmkarları Baramidzenin döyüldüyünü və kamerasının sındırıldığını bildiriblər.
Daxili İşlər Nazirliyinin hadisə yerində olan nümayəndələri jurnalistlərə izah ediblər ki, həbslər inzibati əsasla, çox güman ki, xuliqanlıq və polisin tələblərinə tabe olmamaq səbəbindən baş verir.
Nümayişçilər isə deyirlər ki, onlara qarşı dəfələrlə güc tətbiq edilib, polis hətta bibər qazından da istifadə edib.
Nəticədə, ən azı iki nəfər yaralanıb. “Axali” müxalifət partiyası siyasi şurasının üzvü Nika Kvitatianinin xəstəxanaya aparıldığı vurğulanıb.
Buna baxmayaraq, Melikişvili küçəsində onlarla etirazçı qalıb. Onlar polisin yoldan çıxmaq tələbinə səs-küylə cavab verirlər. Müxalif siyasətçilər mobil etiraz aksiyalarını davam etdirəcəklərini, dağılmaq fikrində olmadıqlarını bildiriblər.
Hüquq müdafiə təşkilatları Daxili İşlər Nazirliyinin sərbəst toplaşmaq hüququnu pozduğunu iddia edərək dinc nümayişçiləri dağıtmağı və qanunsuz həbsləri dayandırmağa çağırıb.
Xatırladaq ki, parlament seçkilərinin nəticələrinə qarşı Çavçavadze küçəsində etiraz aksiyası noyabrın 17-də axşam saatlarında başlayıb. Nümayişçilər Tbilisinin mərkəzindəki ən mühüm nəqliyyat qovşaqlarından birində çadırlar qurublar. Noyabrın 18-i axşam siyasi liderlərin mitinqin ən azı daha 24 saat davam edəcəyini elan etməsindən sonra polis aksiyaya müdaxilə edib.
Xatirə SADİQ