Gürcüstanda seçkiləri Rusiya xüsusi xidmət orqanları saxtalaşdırıb? - "DTK-nın buna gücü çatmazdı"

"Onlar nəhəng “karusel”lər fırlatdılar, çoxlu şəxsiyyət vəsiqələri çap etdilər..."

Oct 29, 2024 - 12:11
Oct 29, 2024 - 12:12
Gürcüstanda seçkiləri Rusiya xüsusi xidmət orqanları saxtalaşdırıb? - "DTK-nın buna gücü çatmazdı"

“Gürcü arzusu” partiyasının lideri, oliqarx Bidzina İvanişvilinin Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili parlament seçkilərini Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə yaxşı planlaşdırılmış xüsusi əməliyyat adlandırıb. 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “SOVA” məlumat yayıb.

O, bildirib ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) buna gücü çatmazdı.

“Hərçənd, Dövlət Təhlükəsizlik Xidməti bu saxtakarlığa əvvəldən axıra qədər cəlb olunmuşdu. Onlar nəhəng “karusel”lər fırlatdılar, çoxlu şəxsiyyət vəsiqələri çap etdilər və İvanişvilinin terminini xatırlasaq, bəzi kəndlərdə seçicilərin sayını heyrətamiz dərəcədə artırdılar. Təbii ki, bu seçkiləri Rusiya, Belarus və buna bənzər marionet dövlətləri və rejimlərindən başqa heç kim tanımır”, - deyə Baçiaşvili vurğulayıb.

Baçiaşvili vurğulayıb ki, xalqın birliyi hər zaman öz nəticəsini verir.

“Hər kəs möhkəm olmalıdır, uşaqlarımızın, ölkəmizin gələcəyi bu gün həll olunur. Biz 1917-ci il hadisələrinin təkrarlanmasına imkan verməməliyik”, - deyə Baçiaşvili bildirib.

Xatirə SADİQ