İspan futbolçusu “Qızıl top”a layiq görüldü
“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri bu ilin “Qızıl top”unu qazanıb.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, futbol dünyasının ən nüfuzlu fərdi mükafatının yeganə afrikalı laureatı Corc Vea ona təqdim edib.
Bu yay Rodri öz milli komandası ilə birlikdə Avropa çempionatının qalibi olub. 28 yaşlı yarımmüdafiəçi həm də “Mançester-Siti” klubunun ardıcıl dördüncü dəfə İngiltərə Premyer Liqasının qalibi olmasına kömək edib.
Bu yaxınlarda yarımmüdafiəçi xəsarət aldığından mövsümün qalan hissəsini futbol meydançasından kənarda keçirməyə məcbur olub.
Rodri 1960-cı ildən sonra “Qızıl top”u qazanan ilk ispan oldu.
Xatirə SADİQ