Həmkarı Ağadadaşın vergi borcundan danışdı: "O boyda şadlıq sarayı, pulu var..."
Müğənni Elit Star Cəmilə Xalq artisti Ağadadaş Ağayevin dövlətə olan vergi borcundan danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, "Günə Bax" proqramına qonaq olan ifaçı əvvəl həmkarına səbr diləyib. Daha sonra Ağayevin xeyli pulu və şadlıq sarayı olduğunu vurğulayaraq onun tez zamanda borclarını ödəyəcəyini deyib.
"Ağadadaş bəyə çoxlu səbr və möhkəm can sağlığı arzu edirəm. Bu da keçər. Ağadadaş bəyin o boyda şadlıq sarayı, işi, pulu var. O borcunu ödəyər" - deyə Cəmilə qeyd edib.
Xatırladaq ki, Ağadadaş Ağayevə aid "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Həmin borcların vaxt keçməsinə baxmayaraq, sənətçi pulu ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.
Ətraflı videoda: