“Hər şey 48 saat ərzində məlum olacaq” - ABC News  

“Qarşıdakı 24-48 saat İsrail-İran müharibəsinin diplomatik yolla həllinin mümkün olub-olmadığını və ya ABŞ prezidenti Donald Trampın hərbi əməliyyata əl atıb-atamayacağını müəyyən etmək üçün kritik əhəmiyyət kəsb edəcək”.

Jun 18, 2025 - 14:21
“Hər şey 48 saat ərzində məlum olacaq” - ABC News  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABC News yazıb. 

Amerika məmurlarına istinadən yazılmış məqalədə qeyd edilib ki, İran rejimi ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. 

Amerika məmurları hesab edirlər ki, əgər Tehran danışıqlara qayıdıb, uranın zənginləşdirilməsini dayandırmağa razılaşarsa, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ehtimal ki, vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi yüksək səviyyəli görüş bu həftənin əvvəlində baş tuta bilər.

Onların fikrincə, bunun üçün İran tez hərəkət etməlidir, çünki prezidentin özü artıq Yaxın Şərqdəki vəziyyətlə əlaqədar səbrinin tükəndiyini etiraf edib. 

ABŞ prezidentinin əhvalı ilə tanış olan mənbələr bildiriblər ki, Tramp İranın ABŞ administrasiyasına dərhal cavab verə bilməməsindən məyusdur. 

Xatirə SADİQ