Hillari və Bill Klinton bu gün ifadə verəcək - "Epşteyn işi"

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton bu gün Konqresdə ifadə verəcək.

Feb 26, 2026 - 16:10
Hillari və Bill Klinton bu gün ifadə verəcək - "Epşteyn işi"

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb sabiq dövlət rəsmisinin adının “Epşteyn faylları”nda keçməsidir.

Həyatı yoldaşı Bill Klintonun da eyni məsələ ilə bağlı ifadə verməsi gözlənilir.

Qeyd edək ki, sözügedən sənədlərin ictimaiyyətə açıqlanmasından sonra ABŞ-nin sabiq prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klintona qarşı təzyiqlər artıb. Klintonlar açıqlamalarında ifadə verməyə hazır olduqlarını bildiriblər.

Bill Klinton Epşteynlə çoxsaylı şəkillərinin olmasına baxmayaraq, onunla əlaqələrini rədd edib.

Banu