Hindistan təyyarəsinin qəzaya düşmə anı - VİDEO
Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
“Ani” xəbər agentliyi ölkənin Mülki Aviasiya Baş İdarəsinə (DGCA) istinadən bildirib ki, təyyarənin göyərtəsində 12 ekipaj heyəti olmaqla 242 nəfər olub.
İdarədən deyilib ki, layner Əhmədabad hava limanından (Qucarat) yerli vaxtla saat 13:39-da səmaya qalxıb. Pilotlar tezliklə qəza siqnalı göndəriblər və təyyarə bundan dərhal sonra Meqaninaqar yaxınlığındakı yaşayış massivinə düşüb.
Hakimiyyət hələ qəzanın səbəbinə aydınlıq gətirməyib.
“Air India” şirkətinin “X” səhifəsində bildirilib ki, hazırda qəzanın təfərrüatları araşdırılır.
Təyyarə AI171 Əhmədabad - London (Qatvik hava limanı) reysini yerinə yetirirdi.
Xatirə SADİQ