İbrahim Tatlıses bütün sərvətini 20 yaşlı qıza verəcək – Oğlu özündən çıxdı
Müğənni İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses atasının onu prokurorluğa şikayət etməsindən sonra açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ahmet Tatlıses atasının bu addımına məna verə bilmədiyini, lakin verilən qərara hörmət etdiyini bildirib:
“Bir neçə gün əvvəl haqqımda çıxarılan məhkəmə qərarı ilə bağlı açıqlama vermək məcburiyyətindəyəm. Atam belə bir addım atıb, məna verə bilməsəm də, hörmətlə yanaşmağa çalışıram. Atamla artıq bir ildir ki, görüşmürük, nə zəng, nə mesaj... Heç bir əlaqəmiz yoxdur. Mən İstanbulda, o isə İzmirdə yaşayır. Fiziki təmasımız belə yoxdur. Hal bu ikən, belə bir addım atmasında məna görə bilmirəm”.
A.Tatlıses İ.Tatlıseslə münasibətlərinin niyə pisləşməsinə də aydınlıq gətirib:
“Təxminən 4 ildir ki, atamla məhkəmə çəkişməsindəyik. Ancaq bu çəkişmə mal, mülk mübarizəsi deyil. Mən ailəmizi qorumağa çalışıram. Atamın bütün mal varlığını 20 yaşlardakı bir qıza verəcəyini biləndən sonra məhkəməyə müraciət etdim. Atamın mənlə birgə 7 övladı var. 7 övlad var ikən, bu qərarı verməsi mənə doğru gəlmədi. Məqsədim ailəmin və qardaş-bacımı haqqını müdafiə etməkdir. Bizi sevməyə bilərlər, amma mən ailəmə verdiyim sözü yerinə yetirəcəyəm”.
Xatırladaq ki, İbrahim Tatlıses bir neçə gün öncə oğlu Ahmet Tatlısesi prokurorluğa şikayət edərək uzaqlaşdırma qərarı çıxarılmasını tələb edib. Keçirilən məhkəmə iclasında müğənninin lehinə qərar verilib. Qərara əsasən, Ahmet Tatlısesə elektron qolbaq taxılıb.
Qeyd edək ki, A.Tatlıses müğənninin ilk evliliyindən olan övladıdır.
Banu