İddialar səngimir, Messi isə hələ də susmağı seçir - Bu mundial...
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il Dünya Çempionatının finalında İspaniyaya məğlub olduqdan sonra ictimaiyyətə müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşdığı yazısında komanda yoldaşları və azarkeşlərə təşəkkür edib, dünya çempionu olan İspaniya yığmasını təbrik edib.
"Bu yaranın sağalması üçün zamana ehtiyac olacaq. Komanda yoldaşlarımla qürur duyuram. Turnir ərzində bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İspaniya yığmasını layiqli qələbə münasibətilə təbrik edirəm", - Messi paylaşımında bildirib.
Bununla yanaşı, argentinalı ulduz milli komandadakı gələcəyi ilə bağlı heç bir açıqlama verməyib. O, nə yığma karyerasını başa vurduğunu elan edib, nə də çıxışını davam etdirəcəyini təsdiqləyib.
Məhz bu məqam beynəlxalq idman mediasında yeni müzakirələrə səbəb olub. Belə ki, bir sıra xarici KİV-lər DÇ-2026-nın Messinin son mundialı olmadığını iddia ediblər.
Banu