İlham Əliyevlə Putinin görüş yeri ilə bağlı AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə görüşə bilərlər.   

Oct 7, 2025 - 19:17
Oct 7, 2025 - 19:39
İlham Əliyevlə Putinin görüş yeri ilə bağlı AÇIQLAMA

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu açıqlama ilə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov çıxış edib. 

O, bildirib ki, nəzərdə tutulan görüş 10 oktyabrda Düşənbədə keçiriləcək MDB sammiti çərçivəsində baş tuta bilər:

"Adətən, bu qəbildən olan tədbirlər zamanı təbii olaraq ikitərəfli görüşlər baş tutur. Bu, bütün sammitlərin işinin bir hissəsidir, mühüm hissəsidir".

Belə bir görüşün İlham Əliyevlə mümkünlüyü barədə suala isə Uşakov müsbət cavab verib:  "Niyə də olmasın?”.

Oğuz