İmamoğlu bu fotoya görə "casus" elan olunub - Şəkildəkilər kimdir? + GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, İBB-nin həbsdə olan sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu “casusluq” maddəsi ilə ittiham olunur.

Oct 28, 2025 - 12:19
İmamoğlu bu fotoya görə "casus" elan olunub - Şəkildəkilər kimdir? + GÖRÜNTÜLƏR

SAVASHMEDİA.az xəbər verir ki, ittihama səbəb Əkrəm İmamoğlunun xarici kəşfiyyata çalışması səbəbi ilə həbs olunan Hüseyn Gün və onun “mənəvi anam” dediyi Seher Erçili Alaçam ilə 2019-cu ildə çəkdirdiyi şəkil olub. 

İmamoğlu ifadəsində sözügedən fotonun sübut hesab edilməsinə sərt şəkildə etiraz edib:

“Hüseyn Günü xatırlamıram. Haqqında cinayət işi açılandan sonra mediada çəkilmiş bir foto yayımlandı. O şəkil 2019-cu ildə İBB sədri seçildikdən sonra təbrik ziyarətlərindən birində çəkilib. Seher Erçili Alaçamı isə şıq geyimli, görüşdə ana qayğılı davranışlı biri kimi xatırlayıram. CIA (Amerika kəşfiyyatı-red) ilə əlaqəsi olduğu iddia edilən şəxs Aaron Bar ilə heç bir əlaqəm olmayıb. 6 yaşından Quran oxumağı bilən mənə CIA işçisinin mühafizəkarlarla necə davranmağımı öyrətməsindən daha absurd bir şey yoxdur. Casusluq ittihamı mənim həyatıma, dəyərlərimə təhqirdir. Casusluq mənim üçün vətən xainliyi ilə eynidir. ”Romanı sən yandırmısan” desəniz, bu daha doğru olar, nəinki casusluq...

Bunlar iftiradır, mənə yapışmaz. Casusluq nağılını boş verin. Mərd olun, əsl dərdinizi söyləyin. Çətinə düşmüsünüz? Korrupsiya fayllarınız boş qalıb? İddianaməni yaza bilmirsiniz? Sizə məni daha çox içəridə saxlaya bilmək üçün başqa böhtan dosyesi lazımdır? Sizin dərdiniz nədir? Amma mən sizə deyim, çox pis yerdə axşamlamısınız. Bu millət Əkrəm İmamoğlunu da tanıyır, sizi də. Sandıqda millətdən elə bir sillə yeyəcəksiniz ki, etdiyiniz haqsızlıqlar, qanunsuzluqlar film kadrı kimi gözünüzün önündən keçəcək. Millətimiz vətənpərvərlərlə, vəzifəsevərləri bir-birindən ayırmağı çox yaxşı bilir”.

Xatırladaq ki, Əkrəm İmamoğlu, onun seçki kampaniyasının direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində “casusluq” maddəsi ilə yeni istintaq başladılıb. Merdan Yanardağ saxlanılıb, "Tele1" kanalında axtarış aparılıb.

Banu

Fotoda Hüseyn Gün, Seher Erçili Alaçam və Əkrəm İmamoğlu