İmamoğlunun posterlərinə qarşı əməliyyat keçirildi - Sübh tezdən... + Video
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun posterləri də sökülüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə videolar yayılıb.
Videolardan görünür ki, İmamoğlunun şəkli ilə hazırlanmış “Çətin anlarda millətin yanında” yazılı posterlərin sökülmə işlərinə səhərin erkən saatlarından başlanılıb.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun bir müddət əvvəl verdiyi təlimata əsasən, Ə.İmamoğlunun səsi, videosu, şəkilləri istifadə olunmaqla hazırlanan bütün məzmunların İBB-yə aid olan metro, avtobus, metrobus, bərə və stansiyalarda istifadəsinə qadağa qoyulmuşdu.
Banu