İrakli Kobaxidzedən Aİ Şurasının qərarına reaksiya – “Antigürcü addımdır”

“Avropa İttifaqı (Aİ) Şurasının qərarı açıq-aşkar antigürcü addımı kimi qiymətləndirilməlidir”. 

Dec 17, 2024 - 14:08
İrakli Kobaxidzedən Aİ Şurasının qərarına reaksiya – “Antigürcü addımdır”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze mətbuat konfransında deyib. 

Baş nazirin sözlərinə görə, belə davranış Avropa strukturlarının Gürcüstan cəmiyyətini dərk etməsinə olan inamını sarsıdır.

“Mən Aİ-nin Xarici Əlaqələr Şurasının dünənki qərarına cavab vermək istərdim. Şuranın verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlıdır. Məhz belə qərarlar ona gətirib çıxarır ki, Avropa strukturları Gürcüstan cəmiyyətinin qavrayışında daim devalvasiyaya məruz qalır. Bu da ciddi problemdir”, - deyə Kobaxidze vurğulayıb.

O, qeyd edib ki, “Avrobarometr” sorğusuna görə, son altı ayda Gürcüstanda Avropa strukturlarına inam 6% azalıb. 

“Məhz belə qərarlar gürcü cəmiyyətinin Avropa strukturlarına inamını azaldır”, - deyə Kobaxidze iddia edib.

Xatirə SADİQ