Bakı-Tbilisi qatarına biletin qiyməti AÇIQLANDI - RƏSMİ

Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb.

May 20, 2026 - 15:18
Bakı-Tbilisi qatarına biletin qiyməti AÇIQLANDI - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır:

- Bakı-Tbilisi: 81 AZN-dən;

- Yevlax-Tbilisi: 67 AZN-dən;

- Gəncə-Tbilisi: 62 AZN-dən;

- Ağstafa-Tbilisi: 57 AZN-dən;

-⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən.

Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.