"İran rəhbərləri zəng edib görüş istəyirlər, amma gecdir..." - Tramp

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinin Vaşinqtonla danışıqlar aparmaq üçün əlaqə saxladığını deyib. 

Jan 12, 2026 - 12:52
"İran rəhbərləri zəng edib görüş istəyirlər, amma gecdir..." - Tramp

SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp bunu yanvarın 11-də "Air Force One" təyyarəsində jurnalistlərə deyib. 

"İranın rəhbərləri zəng edərək görüş istəyiblər. Danışıq aparmaq istəyirlər", – o əlavə edib.

Amma Tramp onu da deyib ki, artıq etirazçılara atəş açıldığından görüş baş tutmaya və ABŞ İranla bağlı hərəkətə keçə bilər.

Oğuz