İran səfirliyinin əməkdaşı öldürüldü - DETALLAR
İran İslam Respublikasının Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb.
SAVASHMEDİA.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə avtomobilinə açılan atəş nəticəsində öldürülüb.