İranda etirazçılar Quranı yandırdı, məscidə hücum etdilər
İranda Həmədan şəhərində bir qrup etirazçı Quranı və digər dini kitabları yandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, 1 yanvar axşamı Həmədan şəhərinin Sədəf rayonunda etirazçılar bir neçə dini kitabı, o cümlədən Quranı yandırıblar. Təxminən 20 nəfərdən ibarət digər bir qrup isə şəhərdəki məscidlərdən birinə hücum etməyə çalışıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun qarşısını alıblar.
Xatırladaq ki, 29 dekabrda Tehranın mərkəzində İran rialının məzənnəsinin kəskin ucuzlaşmasına etiraz edən ticarətçilərin iştirakı ilə etiraz aksiyaları başlamışdı.
Aytən