İrandan Ermənistana “Tramp yolu” ultimatumı - "ABŞ əsgəri yox, ruslar qorusun"
İran Ermənistan ərazisindən keçməsi planlaşdırılan TRIPP layihəsinin təhlükəsizliyi ilə bağlı İrəvana yeni şərt qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, Tehra layihənin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində olan digər ölkənin hərbçilərinin təmin etməsini istəyib.
Aydın məsələdir ki, "artıq Ermənistanda olan digər ölkənin hərbçiləri" dedikdə Rusiyanın Ermənistandakı hərbi qüvvələrini nəzərdə tutulur.
Məlumata görə, İranın əsas narahatlığı ABŞ hərbçilərinin Ermənistanın cənubunda, İran sərhədinə yaxın ərazidə yerləşdirilməsi ehtimalıdır. Tehran belə bir vəziyyətin onun təhlükəsizliyi üçün ciddi risk yaradacağını düşünür.
Xatırladaq ki, TRIPP layihəsi Ermənistanın cənubundan keçəcək və regionda avtomobil, dəmir yolu, enerji və digər nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutur. ABŞ və Ermənistan layihənin həyata keçirilməsi üçün birgə şirkət yaratmaq barədə razılığa gəliblər.
İranın bu tələbi layihənin gələcəyi ilə bağlı yeni suallar yaradıb. Xüsusilə ABŞ-nin regionda mümkün iştirakı Tehran üçün arzuolunmazdır.
Oğuz