İranın bu şəhərində İsrailin dron sexi aşkarlandı - ŞOK VİDEO

İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb.

Jun 16, 2025 - 01:50
İranın bu şəhərində İsrailin dron sexi aşkarlandı - ŞOK VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə şəhər polisinin rəisi Hüseyn Mafi hadisə yerindən IRINN-in canlı yayımında bildirib.

“İnsanlardan bir evdə şübhəli şəxslərin hərəkət etdiyinə dair məlumat aldıq. Dərhal kəşfiyyat və hüquq-mühafizə qüvvələri evə daxil olaraq çoxlu sayda dron, kamikadze pilotsuz uçan aparat və evdə hazırlanmış bomba aşkar edərək müsadirə etdilər”, – polis rəisi açıqlayıb.

Onun sözlərinə görə, aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kq-dən çox olub. O həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının aşkarlandığını vurğulayıb.