Şəhid oğludur, atası həmin vertolyotda olub - Vəziyyəti ağırlaşan "Azəriqaz" rəhbəri kimdir?

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılıb. 

Sep 10, 2025 - 19:48
Şəhid oğludur, atası həmin vertolyotda olub - Vəziyyəti ağırlaşan "Azəriqaz" rəhbəri kimdir?

Məlumata görə, ötən ay Məmmədovun səhhətində qəfil problemlər yaranıb. O, xəstəxanaya müraciət edib və vəziyyətinin ağır olduğunu öyrənib. Azər Məmmədov bir müddətdir, xəstəxanaya yerləşdirilib.

SAVASHMEDİA.az Azər Məmmədovla bağlı maraqlı faktları təqdim edir:

A.Məmmədov  1993-1996-ci illərdə "İnpatBank" (Azərbaycan) İdarə Heyətinin sədri, 1996-2000-ci illərdə "AZEXİM" Korporasiyasının kommersiya və maliyyə direktoru, 2000-2003-cü illərdə "Milio Commodity Services" MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri, 2003-2013-cü illərdə "Azərboru" SC-də maliyyə direktoru vəzifələrində işləyib. 2023-cü ilin mart ayına qədər "SOCAR Energy Georgia"nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.

2024-cü ilin martında "Azəriqaz"ın baş direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək qurumun baş direktorunun müavini işləyib. 

Azər Məmmədovun atası da tanınmış şəxs olub. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan “Mi-8” helikopterində şəhid olmuş Vəli Məmmədovun övladıdır.

İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist Vəli Məmmədov SSRİ-nin Xalq deputatı  olub. Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Vəli Məmmədovun sonuncu vəzifəsi Azərbaycan Kommunist Partiyası MK-da Nəzarət Komitəsinin sədr müavini olub.   

Banu

Azər Məmmədov və atası

Azər Məmmədov və ailəsi