İslamda hansı heyvanların əti haramdır?
Hər dində yeyilməsi haram olan qidalar var.
İslama görə əti haram olan heyvanlar Qurani-Kərimdə, habelə Məhəmməd Peyğəmbərin hədislərində və İslam fiqhində ətraflı şəkildə izah edilmişdir.
SAVASHMEDİA.az İslama görə haram olan heyvanların adlarını təqdim edir.
Ölmüş heyvan (meytəh)
Öz-özünə ölmüş (qurban kəsilməmiş və ya İslam qaydalarına uyğun kəsilməmiş) heyvanların və qanı axıdılmamış heyvanların əti haramdır.
Allahdan başqasının adı ilə kəsilən heyvanlar
Kəsilərkən Allahın adı çəkilməyən, bütlərə və ya başqa tanrılara qurban verilmiş heyvanlar haram sayılır.
Donuz
Donuzun əti istisnasız olaraq haramdır. Eynilə donuz bəsləmək də haram sayılır.
Yırtıcı heyvanlar
Pələng, şir, canavar, ayı, çaqqal kimi yırtıcı heyvanların əti haramdır.
Uçan yırtıcı quşlar
Dimdiyi ilə ov ovlayan quşlar - qartal, şahin, bayquşun əti haram sayılır.
İnsan üçün iyrənc sayılan heyvanlar
Siçan, kərtənkələ, qurbağa, tısbağa, əqrəb, milçək və başqa böcəklər haramdır.
Sürünənlər və zəhərli heyvanlar
İlan, əqrəb və bu kimi heyvanlar haram sayılır.
Ev heyvanlarından bəziləri
Eşşək (xüsusilə ev eşşəyi) – Peyğəmbərin hədisinə əsasən haram sayılır.
Qatır
İt
Pişik
Dəniz məhsulları
Əhli sünnəyə görə dənizdə yaşayan bütün balıqlar halaldır.Balıqdan başqa dəniz heyvanları bəzi məzhəblərə görə haram sayılır.
Banu