İsrail kəşfiyyatı İmad Amhazı əsir götürdü - Dindirilmək üçün 504-cü bölməyə aparılıb
İsrail hərbçiləri Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda "Hizbullah" hərəkatının komandirini ələ keçirib.
SAVASHMEDİA.az İsrail mətbuatına istinadla xəbər verir ki, söhbət İmad Amhazdan gedir.
Əməliyyat zamanı İmad Amhaz Livanın şimalındakı Batroun kəndində ələ keçirilib. “O, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.
Məlumatına görə, əsir götürülən "Hizbullah" komandiri İsrailə yola salınıb və dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.
Oğuz