“İsrailə ABŞ icazə verib, onlar da məsuliyyət daşıyacaq” - İran XİN
İran Xarici İşlər Nazirliyi (XİN) baş verənlərə görə Vaşinqtonu ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran XİN-nin bəyanatında bildirilib.
İran xarici siyasət idarəsi hesab edir ki, İsrail ABŞ-nin icazəsi olmadan İrana hücum edə bilməzdi.
“Sionist rejimin İrana qarşı təcavüzkar hərəkətləri ABŞ-nin koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Buna uyğun olaraq, ABŞ hökuməti həm də bu rejimin əsas dəstəkçisi kimi sionist rejimin avantürizminin təhlükəli effektləri və nəticələrinə görə məsuliyyət daşıyacaq”, - deyə XİN Vaşinqtonu hədələyib.
Xatirə SADİQ