"“İstəklilər koalisiyası”ndakı ölkələrin sayı 30-a çatıb" - Makron

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada sülhün təminatçısı olmağa hazırlaşan “istəklilər koalisiyasına” daxil olan ölkələrin sayı 30-a çatıb.

Jul 14, 2025 - 14:28
"“İstəklilər koalisiyası”ndakı ölkələrin sayı 30-a çatıb" - Makron

SAVASHMEDİA.az xəbər verir ki, Fransa dövlət başçısının Silahlı Qüvvələrə ünvanlanmış müraciəti Yelisey sarayının Youtube-kanalında yayımlanıb.

Makronun sözlərinə görə, koalisiyanın Baş Qərargahı Parisdə yerləşir. Qeyd edək ki, bu koalisiya atəşkəsdən sonra sülhməramlıların göndərilməsini də əhatə edir.

Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti iyulun 10-da atəşkəs olacağı təqdirdə Ukraynaya göndərilə biləcək Avropa sülhməramlı missiyası planının tamamlandığını elan ediblər. Fransa prezidenti bildirib ki, ölkələr Ukraynanın hava və dəniz məkanında patrulluq edəcəklər.

Xatirə SADİQ