İyulun 1-dən bu şəxslərin təqaüdü və müavinətlər artacaq - SİYAHI+MƏBLƏĞ

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə verilən aylıq ödənişlərin məbləğləri artırılır.

Jun 25, 2025 - 10:13
İyulun 1-dən bu şəxslərin təqaüdü və müavinətlər artacaq - SİYAHI+MƏBLƏĞ

Bu dəyişikliklər aztəminatlı ailələrdən tutmuş şəhid ailələrinə, əlilliyi olan şəxslərdən fəxri ad sahiblərinədək geniş əhali qrupunu əhatə edir.

Artımlar aşağıdakı şəxsləri əhatə edir:

Əlilliyi olan şəxslər üçün sosial müavinətlər:

81-100% əlillik: 300 manat
61-80% əlillik: 250 manat
31-60% əlillik: 180 manat

Aşağıdakı şəxslərə aylıq sosial müavinət:

Ailə başçısını itirmiş şəxslərə: 140 manat
Hərbi qulluqçuların uşaqlarına: 140 manat
Valideynlərini itirmiş uşaqların qəyyumlarına: 140 manat
Aztəminatlı ailələrə (1 yaşa qədər uşaq üçün): 140 manat
Beş və daha çox uşağı olan analara (hər uşaq üçün): 140 manat
Övladlığa götürülmüş uşağa görə: 240 manat

18 yaşadək əlilliyi olan uşaqlara görə (himayədar ailədə):

0-6 yaş: 500 manat
7-13 yaş: 600 manat
14-18 yaş: 650 manat

Uşağın anadan olmasına görə birdəfəlik müavinət: 600 manat
Dəfn üçün müavinət: 600 manat

Prezident təqaüdləri (aylıq):

Vətən Müharibəsi Qəhrəmanlarına: 2200 manat
Milli Qəhrəmanlara: 2000 manat
Şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə: 700 manat
Əfqanıstan müharibəsində həlak olanların ailələrinə: 700 manat

Müharibə və 20 Yanvarla bağlı əlilliyi olan şəxslərə:

81-100% əlillik: 600 manat
61-80% əlillik: 500 manat
31-60% əlillik: 400 manat

Əlilliyi olanlara qulluq edən şəxslərə: 120 manat
Gözdən əlil olan şəxslərə (ümumi səbəblər üzrə): 350 manat
Digər ağır əlilliyi olan şəxslərə (ümumi səbəblər üzrə): 250 manat

Fəxri adlara görə aylıq təqaüdlər:

Xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı: 300 manat
Əməkdar ad sahibləri (elm xadimi, incəsənət xadimi, müəllim, həkim və s.): 200 manat

Prezidentin fərdi təqaüdü:

Artırılaraq 1700 manat müəyyən edilib.

(baku.ws)