"Kelloqa təşəkkürlər! Yoxsa Putin dayanmayacaq" - Zelenski ümidli danışdı + VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarının xüsusi elçisi Kit Kelloqla görüşündən danışıb. 

Jul 14, 2025 - 16:28
Jul 14, 2025 - 16:29
"Kelloqa təşəkkürlər! Yoxsa Putin dayanmayacaq" - Zelenski ümidli danışdı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında məlumat paylaşıb. 

Prezidentin sözlərinə görə, Ağ Evin xüsusi nümayəndəsi ilə Ukrayna üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, birgə istehsal, Avropa ilə birlikdə müdafiə silahlarının alınmasını və Rusiyaya qarşı sanksiyaları müzakirə edib.

“Və, əlbəttə ki, Rusiyaya və ona kömək edənlərə qarşı sanksiyalar. Biz ABŞ-nin liderliyinə ümid edirik. Çünki aydındır ki, əgər qeyri-adekvat ambisiyaları dayandırılmasa, Moskva dayanmayacaq. Ukraynaya bu səfərə görə Kit Kelloqa təşəkkürlər. Prezident Trampa mühüm dəstək siqnallarına və bizim ğölkələrimiz üşün müsbət qərarlarına görə minnətdaram. Amerika xalqının dəstəyini qiymətləndiririk”, - deyə Zelenski əlavə edib. 

Prezident administrasiyasından bildirilib ki, görüşdə cəbhədəki ümumi vəziyyət və Ukrayna əsgərlərinin ehtiyacları da müzakirə olunub.

Zelenski həmçinin Ukraynanın Amerika silahlarını, ilk növbədə hava hücumundan müdafiə sistemlərini almağa hazır olduğunu təsdiqləyib. Tərəflər dronların birgə istehsalı, ABŞ-nin Ukraynaya məxsus dronların birbaşa alınması imkanlarını, avropalı tərəfdaşlarla əməkdaşlıqda potensial silah alışını müzakirə ediblər.

Xatirə SADİQ