“Kurtlar Vadisi”nin məşhur aktyoru küçələrdə plov satır – FOTOLAR

Türkiyənin məşhur aktyoru Volkan Başaran rol təklifləri gəlmədiyi üçün başqa yolla çörəkpulu qazanmağa başlayıb.

Jul 14, 2025 - 16:37
“Kurtlar Vadisi”nin məşhur aktyoru küçələrdə plov satır – FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, o, hazırda Bakırköy küçələrində plov satmaqla məşğuldur. 

Sevilən aktyor “GDO Karakedi” filmində plov satdığı arabanı real həyatda da istifadə edir. O, arabaya sözügedən filmdən səhnələrin fotosunu yapışdıraraq həm nostalji hisslər yaradır, həm də satış üçün insanları cəlb edir.

Qeyd edək ki, Volkan Başaran “Sırlar Dünyası”, “Kurtlar Vadisi”, “Kuruluş Osman”, “Fatmagülün suçu ne” kimi seriallarda və “Kolpaçino Bomba”, “GDO Karakedi” kimi məşhur filmlərdə rol alıb.

Banu