"Tanış görəndə utanıram, günə 10 manat qazanıram" - Corab satan aktyor
Məşhur aktyor Allahverdi Yolçuyev maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sənətçi hal-hazırda küçədə corab satdığını bildirib. Onun sözlərinə görə, bu yolla gündə 10-15 manat qazanc əldə edir:
“Halal zəhmətimlə pul qazanıram. Heç kimə möhtac deyiləm. Kiminsə yardımını da istəmirəm”.
Allahverdi Yolçuyev deyib ki, Mədəniyyət Nazirliyindən ona zəng gəlsə də, maddi dəstək istədiyini və ad-filan tələb etmədiyini bildirib:
“Mədəniyyət naziri zəng vurmuşdu. Dedim ki, mənə ad yox, maddi dəstək lazımdır. Aktyor dostlarım da hərdən zəng edib kömək etmək istəyirlər, amma qəbul etmirəm. Sabir Məmmədov da təzə zəng vurmuşdu, kart göndərməyimi istədi, imtina etdim”.
Tanınmış aktyor səhnəyə gəlməzdən əvvəl göyərti və gül satdığını da deyib:
“Əgər kinoya, teatra dəvət alsam, qəbul edərəm. Amma hazırda iş yoxdur deyə corab satıram. Heç kimə möhtac yaşamıram. Tanış adam görəndə corabları gizlədirəm. İstər-istəməz utanıram. Nə qədər ömrüm qalıb bilmirəm, amma halal zəhmətimlə işimi görürəm”. (yenisabah)