Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib. 

Aug 27, 2025 - 12:45
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi

SAVASHMEDİA.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, polkovniki Vüqar İsmayılov bir neçə ay Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə çalışıb.