Koxalski "Qarabağ"dan gedir - “Borussiya Dortmund” elçi düşüb 

“Qarabağ” klubunun polşalı qapıçısı Mateuş Koxalski Almaniyanın “Borussiya Dortmund” klubundan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oct 17, 2025 - 22:38
Koxalski "Qarabağ"dan gedir - “Borussiya Dortmund” elçi düşüb 

SAVASHMEDİA.az xəbər verir ki, 25 yaşlı qolkiper açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib:

“Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm”.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ” klubunun şərəfini qoruyur.