Kremldən avstraliyalı muzdlunun öldürülməsi xəbərinə reaksiya 

“Ukrayna tərəfindən hərbi əməliyyatlarda iştirak edən xarici muzdlular Rusiya ordusunun qanuni hədəfinə çevrilir”.

Jan 15, 2025 - 14:52
Jan 15, 2025 - 14:54
Kremldən avstraliyalı muzdlunun öldürülməsi xəbərinə reaksiya 

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfdə Rusiyaya qarşı döyüşmüş və ruslara əsir düşmüş avstraliyalı əsirin taleyi ilə bağlı suala cavab verərkən deyib. 

Peskovun sözlərionə görə, Avstraliyanın narahatlığı ilə bağlı mesajlar Kremlə çatmayıb.

“Bu məsələnin avstraliyalılar tərəfindən necəsə rəsmi olaraq qaldırılıb-qaldırılmadığı mənə məlum deyil. Mümkündür ki, artıq diplomatik kanallar vasitəsilə hansısa hərəkətlər olub, lakin bu, bizə qədər çatmayıb. Ola bilsin ki, bunu Xarici İşlər Nazirliyimizlə yoxlamaq məqsədəuyğundur”, - deyə Peskov bildirib.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə əcnəbilərin iştirakından Moskva xəbərdardır: “Onlar bizim hərbçilərimizə qarşı əllərində silahla döyüşürlər. Müvafiq olaraq buna görə də qanuni hədəfə çevrilirlər”.

Yanvarın 15-də Rusiyanın Kanberradakı səfiri Aleksey Pavlovski bu məsələ ilə əlaqədar Avstraliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. XİN başçısıPenni Vonq rusiyalı səfirə bildirib ki, Avstraliya hakimiyyəti Cenkinsin ölümü ilə bağlı xəbərləri hələ yoxlamayıb, lakin onun vəziyyətindən ciddi şəkildə narahatdır.
 
Kanberranın Moskvaya müraciətinə cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, məlumat yoxlanılır. Onun sözlərinə görə, əgər xəbər təsdiqlənsə, Avstraliya hakimiyyəti məsuliyyət daşıyacaq, çünki onlar Ukrayna tərəfində münaqişədə iştirak edən avstraliyalı muzdlularla əlbirdirlər. 

Xatirə SADİQ