"Krım artıq əldən gedib, Zelenski qəbul etməlidir" - Trampın baş müşavirindən şok açıqlama  

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri Brayan Lanzanın açıqlamaları dünya mediasının əsas xəbərinə çevrilib.

Nov 9, 2024 - 21:46
Nov 9, 2024 - 21:46
"Krım artıq əldən gedib, Zelenski qəbul etməlidir" - Trampın baş müşavirindən şok açıqlama  

SAVASHMEDİA.az-ın xəbərinə görə, o bildirib ki, yeni prezident administrasiyası Ukraynanın Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərinin qaytarılmasına deyil, məhz sülhün əldə edilməsinə diqqət yetirəcək.

Brayan Lanza BBC-nin Dünya Xidmətinə müsahibəsində deyib ki, prioritet Rusiyanın işğal etdiyi bütün Ukrayna ərazilərinin qaytarılması yox,  “sülh və qırğının dayandırılması”dır.

Brayan Lanza

“Əgər Prezident Zelenski danışıqlar masasına gəlib sülhün yalnız Krımın Ukraynaya qaytarılacağı halda mümkünlüyündən danışsa, bu bizdə onun ciddi olmadığı təsəvvürünü yaradacaq. Çünki Krım artıq əldən gedib”, - Brayan Lanza deyib

Eyni zamanda, Lanza “şir ürəkli” Ukrayna xalqına dərin hörmət bəslədiyini də vurğulayıb.

Lanzanın açıqlamalarının gələcək administrasiyanın mövqeyini nə dərəcədə əks etdirdiyi və ya Trampın özünün fikirləri ilə üst-üstə düşdüyü aydın deyil. 

Yağmur