“Kurtlar Vadisi” ekranlara qayıdır - YENİ LAYİHƏ + FOTO

Türkiyənin reytinq rekordları qıran “Kurtlar Vadisi” serialı ekranlara geri dönür.

Sep 16, 2025 - 12:19
“Kurtlar Vadisi” ekranlara qayıdır - YENİ LAYİHƏ + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu iddianın ortaya atılmasının səbəbi prodüser Polat Yağcının Necati Şaşmazla paylaşdığı şəkil olub.

Belə ki, məşhur prodüser Necati Şaşmazla paylaşdığı fotonu “Hadi hayırlısı” şərhi ilə paylaşıb. Bu da “Kurtlar Vadisi” fanatlarını  serialla bağlı yeni layihənin olacağı fikrinə gətirib. 

Qeyd edək ki, “Kurtlar Vadisi” serialı 2003-2005-ci illərdə çəkilib. Daha sonra “Kurtlar Vadisi Pusu” adı ilə ekranlara çıxan serial 2007-2016-ci illərdə yayımlanıb. Serial 100-ə yaxın ölkəyə satılıb. Necati Şaşmaz serialda “Polat Alemdar” obrazını canlandırıb.

Banu