"O məktəblər bağlanacaq" - Emin Əmrullayev

"Az komplektləşdirilmiş, şagird sayı az olan məktəbləri qonşu kəndlərə daşımaqla təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq”.

Sep 16, 2025 - 01:55
"O məktəblər bağlanacaq" - Emin Əmrullayev

SAVASHMEDİA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir hazırda ölkədə fəaliyyət göstərən məcburi köçkün məktəbləri haqqında da danışın:

“Növbəti illərdə Böyük Qayıdış proqramı çərçivəsində, torpaqlarına qayıdan məcburi köçkünlər üçün iki eyni məktəb fəaliyyət göstərə bilməz. Artıq torpaqlarımız işğaldan azad olduğuna görə təbii ki, Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmamalıdır. Həmin məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək”.