"Qarabağ" - "Benfika" matçını bu kanal yayımlayacaq
Məlum olduğu kimi, "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində Portuqaliya təmsilçisi “Benfika” ilə qarşılaşacaq.
SAVASHMEDİA.az xəbər verir ki, sentyabrın 16-da keçiriləcək “Benfika” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Səlcuq