Səfirlik Nəriman Axundzadəyə niyə viza vermir? - Gedəsi olmadı?
“Qarabağ”ın sabiq futbolçusu Nəriman Axundzadənin MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” klubuna səfəri gecikib.
SAVASHMEDİA.az xəbər verir ki, news24.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçunun ABŞ-yə yola düşməsi viza prosesində yaranmış gecikmə səbəbindən ləngiyib.
Qeyd edək ki, Ohayo ştatını təmsil edən “Kolumbus Kru” Nəriman Axundzadə ilə uzunmüddətli müqavilə imzalayıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, anlaşma 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.