"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

Türkiyəli aktyor və şair Yavuz Çetin vəfat edib.

Apr 24, 2025 - 14:31
"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 65 yaşlı aktyor uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırmış.

Yavuz Çetin əvvəllər Amasiyada rəsm müəllimi işləyib. Daha sonra bir çox film və seriallara çəkilib.

Yavuz Çetin “Kurtlar Vadisi Pusu” (Nurettin Arslanoğlu),  “İki dünya arasında”(Osman Demir), “Abdülhamit Düşerken” (Şakir Paşa), “Adını Sen Koy”( Hilmi Yılmaz), “Sakarya Fırat”( İhsan Güler), “Kolpaçino”, “Acı Hayat”, “Yabancı Damat” kimi məşhur seriallarda rol alıb.

Banu


Fotoda Yavuz Çetin