Litva prezidenti Zurabişvilini dəstəklədi – “Gürcüstan Avropaya məxsusdur!”

Litva prezidenti Gitanas Nauseda Gürcüstan xalqının Avropa arzusunu dəstəklədiyini bəyan edib.

Nov 29, 2024 - 12:47
Litva prezidenti Zurabişvilini dəstəklədi – “Gürcüstan Avropaya məxsusdur!”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nauseda “X” platformasında yazıb.

“Litva gürcü xalqının və onun Avropa arzusunun tərəfində möhkəm dayanır! Gürcüstanı Avropa yolunda saxlamaqda prezident Salome Zurabişviliyə güc və cəsarət arzulayıram. Gürcüstan Avropaya məxsusdur”, - deyə Litva prezidenti vurğulayıb. 

Xatirə SADİQ