London rusiyalı səfiri akkreditasiyadan məhrum etdi

Britaniya hökuməti Rusiyanın Londondakı səfiri Andrey Kelinin akkreditasiyasını ləğv edib.

Feb 6, 2025 - 17:31
London rusiyalı səfiri akkreditasiyadan məhrum etdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbəbr verir ki, rusiyalı diplomat bununla əlaqədar olaraq Britaniya Xarici İşlər Nazirliyinə  (XİN) çağırılıb. 

Britani XİN-nin məlumatında bildirilib ki, bu, Rusiyanın ötən ilin noyabrda Britaniya diplomatının Moskvada akkreditasiyasını ləğv etmək barədə əsassız qərarına cavabdır. “Böyük Britaniya əməkdaşlarımızın bu cür hədə-qorxulara məruz qalmasına dözməyəcək və biz cavab tədbirləri görürük”, - bəyanatda deyilir.

XİN əlavə edib ki, Moskvanın növbəti addımları eskalasiya kimi qiymətləndiriləcək və müvafiq reaksiya doğuracaq.

Xatirə SADİQ