Maduro Türkiyəyə qaçmağa razı imiş, Ərdoğanla da danışıbmış... - Planı nə pozub?
Dünya gündəminin əsas mövzusuna çevrilmiş Venesuela olayları ilə bağlı yeni detallar üzə çıxır.
SAVASHMEDİA.az Venesuelanın mühacirətdə olan müxalif dairələrinin sosial şəbəkələrdə yaydığı məlumatlara istinadla xəbər verir ki, Nikolas Maduronun oğurlanma ssenarisi anidən ortaya çıxmayıb.
Belə ki, Tramp adminstrasiyası Maduronun ələ keçirilərək ABŞ-yə aparılmasını son variant kimi nəzərdən keçirirmiş.
Yəni ABŞ hərbi qüvvələrinin Venesuelaya sızması və prezidentin qaçırılması heç də arzulanan variant olmayıb.
Venesuelanın mühacirətdə olan müxalifətinin iddiasına görə, mövzu ilə bağlı Nikolas Maduro ilə dəfələrlə söhbət aparılıb. ABŞ-nin yüksək rütbəli rəsmiləri Trampın adından Maduroya istefa verəcəyi təqdirdə ən yüksək təhlükəsizlik qarantı vəd ediblər. Maduro bu sövdələşməyə getməyib.
Maduroya edilən sonuncu təklif isə istefa verərək Türkiyəyə sürgün olunmasına razılaşması olub. Xatırladaq ki, Maduronun qaçırılmasından dərhal sonra açıqlama verən ABŞ prezidenti Donald Tramp Maduronun könüllü getmək istəmədiyini önə çəkərək "buna məcbur qaldlığını" etiraf etmişdi.
Bunun ardınca isə kifayət qədər ciddi mənbələr məlumat yaydı ki, Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyədə yaşamağı təklif edib.
Nikolas Maduro bu ultimatumdan da imtina edib.
Venesuela müxalifəti isə iddia edir ki, Maduro əslində Trampın "Türkiyəyə sürgün" təklifinə dərhal "yox" deməyib. Venesuela prezidenti mövzunu həm ABŞ rəsmiləri, həm də Türkiyə prezidenti ilə bir neçə dəfə müzakirə edib. İddialara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Maduronun təhlükəsizliklə bağlı suallarına inandırıcı cavablar verə bilmədiyinə görə mövzu qapadılıb.
Başqa sözlə, Maduro Türkiyəyə qaçacağı təqdirdə təhlükəsizlikdə olacağına inanmayıb. Elə bu səbəbdən də "Ankaraya qaçış" ssenarisi bir kənara qoyulub.
Oğuz