Mahir Emreli Qurbanova "yox" deyib? - "Qarabağ"da oynamaq istəmir

Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubundan ayrıldıqdan sonra karyerasını harada davam etdirəcəyi maraq doğurur.

May 29, 2025 - 12:12
Mahir Emreli Qurbanova "yox" deyib? - "Qarabağ"da oynamaq istəmir

SAVASHMEDİA.az xəbər verir ki, hücumçu axtarışında olan "Qarabağ" klubu da Mahir Emreli ilə danışıqlara başlayıb.

Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Mahir Emreli baş məşqçi Qurban Qurbanovla çox yaxşı münasibətlərə malikdir. 

Bununla belə, mənbələr Mahir Emrelinin "Qarabağ"a qayıdışını real hesab etmir. Çünki Mahir Emreli ya Almaniya bundesliqasında, ya da digər Avropa ölkəsinin çempionatında çıxış etməyə üstünlük verir.

Oğuz