“Mauqli”nin bəstəkarı dünyasını dəyişdi
Rusiyanın əməkdar artisti, bəstəkar Sofiya Qubaydulina 93 yaşında vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC” telekanalı Kazan meriyasının saytına istinadən məlumat yayıb.
Qubaydulinanın əsərlərinə “Mauqli” cizgi filmi, “Şaquli” və “Müqəvva” filmlərinə yazdığı saundtreklər də daxildir.
2022-ci ildə bəstəkarın “Tanrının qəzəbi” əsərinə yazdığı musiqi “Ən yaxşı müasir klassik kompozisiya” kateqoriyasında “Qremmi” mükafatına namizəd olmuşdu.
Kazan meri İlsur Metşin bəstəkarın yaxınlarına başsağlığı verib. “Sofiya Asqatovna insan-epoxa, zəmanəmizin görkəmli bəstəkarı və görkəmli şəxsi keyfiyyətlərə malik insan idi”, - deyə mer vurğulayıb.
Qubaidullina 1931-ci ildə Çistopolda anadan olub. Kazan və Moskva Konservatoriyalarını bitirib.
Xatirə SADİQ
Fotoda bəstəkar Sofiya Qubaydulina