Məhkəmə Qaqauz liderini həbs etdi - 4 maddə üzrə ittiham olunur

Kişinyov məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu prokurorluğun tələbi ilə 30 sutka müddətinə həbs edib.

Mar 28, 2025 - 19:37
Məhkəmə Qaqauz liderini həbs etdi - 4 maddə üzrə ittiham olunur

SAVASHMEDİA.az xəbər verir ki, prokuror Adrian Skutaru jurnalistlərlə söhbətində Qutsulun 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı dörd maddə ilə ittiham olunduğunu deyib.

Qeyd edək ki, Qutsul martın 25-də saxlanılıb. O, seçkilər zamanı ayrı-ayrı şəxslərin xeyrinə pul ianələri ilə bağlı sənədləri və maliyyə vəsaitlərinin mənbələrini təsdiq edən sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.

Oğuz