Məhkəmədən Vüqar Məmmədovla bağlı QƏRAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Oct 31, 2025 - 19:38
Məhkəmədən Vüqar Məmmədovla bağlı QƏRAR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar verilib.

Qərara əsasən Vüqar Məmmədovun barəsində 3 ay 13 gün həbs qətimkan tədbiri seçilib.