Mehman Quliyev dünyasını dəyişdi - FOTO

Azərbaycan Tibb elminə ağır itki üz verib.

Feb 17, 2025 - 21:06
Mehman Quliyev dünyasını dəyişdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb.

Bildirilib ki, ATU-nun Biokimya kafedrasının nəzdində Problem Elmi Tədqiqat laboratoriyasının müdiri, kafedranın dosenti Mehman Quliyev dünyasını dəyişib.

Onun uzun sürən ağır xəstəlikdən sonra vəfat etdiyi bildirilir.