Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı paylaşım edib.

Jan 21, 2025 - 20:16
Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, birinci xanımın paylaşımında qeyd olunub:

“Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”