Məscidin qarşısında donuz əti payladı - "Atamın ehsanıdır"
“Atamın ehsanıdır” deyərək 3 mindən çox adama donuz ətindən bişirilmiş yemək yedirib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərində baş verib.
Məlumata görə, qəssab C.C adlı şəxs çöl donuzu əti satdığına görə cərimələnib.
Sata bilmədiyi yarım ton donuz ətindən qovurmalı aş hazırlatdırıb. Cümə günü “Efeler Bey” məscidinin qarşısında “atamın ehsanıdır” deyərək insanlara paylayıb.
Ehsanın donuz ətindən olması isə C.C-nin din xadimlərindən birinə əməlini danışmasından sonra ortaya çıxıb. Hətta o din xadiminə “Donuz ətindən hazırlatdığım qovurmalı aşı aydınlılar çox sevdi, yeyən bir də yedi. İndi mən savab qazanmışam, yoxsa günah?” sualını da verib.
Banu